Moskvada Marqarita Simonyana sui-qəsddə təqsirləndirilən şəxslərə hökm oxundu

Moskvada Marqarita Simonyana sui-qəsddə təqsirləndirilən şəxslərə hökm oxundu
Dünya 26

Rusiyanın paytaxtı Moskvada hərbi məhkəməsi RT telekanalının baş redaktoru, jurnalist Marqarita Simonyana sui-qəsd cəhdi işi üzrə təqsirləndirilən 12 nəfəri 20 ilədək azadlıqdan məhrum edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məhkəmənin mətbuat xidmətinin RBK-ya verdiyi məlumata görə, əsas təqsirləndirilən şəxs Mixail Balaşov 20 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd olunub ki, ona, həmçinin 800 min rubl (təxminən 17 680 manat) məbləğində cərimə və iki il müddətinə internet resurslarının idarə olunması qadağası da tətbiq olunub. Digər təqsirləndirilən şəxslər isə 18 ilədək həbs cəzası və cərimələr alıblar.

Onlar terror təşkilatının fəaliyyətinin təşkili və həmin təşkilatda iştirak, qəsdən adamöldürməyə hazırlıq və silah əldə etməyə cəhd də daxil olmaqla bir sıra maddələr üzrə təqsirli biliniblər.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, məhkumlar Rusiyada terror təşkilatı kimi tanınan və fəaliyyəti qadağan edilmiş beynəlxalq neonasist "National-Socialism / White Power" qruplaşmasının üzvləri olublar, cinayətlər törədib və bunları internetdə yayımlayıblar.

İstintaqın məlumatına görə, 2023-cü ildə Balaşova pul müqabilində Marqarita Simonyanı öldürmək təklif edilib. Bundan sonra o və əlbir olduğu şəxslər jurnalisti izləməyə başlayıblar. Moskvada qarajda gizlədilmiş silahı götürməyə cəhd edərkən isə saxlanılıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər