Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq
Moskva şəhərində 9 May – Qələbə Günü ilə əlaqədar mobil internetə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, bayram tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtda mobil internetə, o cümlədən bəzi sayt və SMS xidmətlərinə giriş məhdudlaşdırılacaq.
Açıqlamada qeyd olunub ki, ev interneti və Wi-Fi şəbəkələri adi qaydada fəaliyyət göstərəcək.
Bundan əvvəl yayılan məlumatda isə 7-8 may tarixlərində mobil internetin normal rejimdə işləyəcəyi bildirilsə də, təhlükəsizlik riskləri yaranacağı təqdirdə əlavə məhdudiyyətlərin tətbiq edilə biləcəyi vurğulanmışdı.
Oxşar xəbərlər
Hakan Fidan Qətərə səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə rəsmi səfər edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN)...