Moskva–Sankt-Peterburq hava əlaqəsində ciddi problemlər yaşanır
06
iyl
2025
14:34
Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri arasında hava nəqliyyatı iflic vəziyyətinə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.
Bildirilib ki, günorta saatlarında yerinə yetirilməli olan 52 reysin 30-u ləğv olunub, 9-u isə gecikib. Məlumata görə, milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinlərin daşınmasını geniş gövdəli təyyarələrlə həyata keçirməyi planlaşdırır.
Uçuşların gecikməsi və ləğvi səbəbindən yalnız iyulun 5-də təxminən 75 min sərnişinin səfər planları pozulub.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...