Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi

Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
Dünya 24

Moskvanın hava limanlarında 150-dən çox aviareys gecikib və ya ləğv olunub.

BAKU.WS xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

İlkin məlumata əsasən, yaranmış vəziyyətə əlverişsiz hava şəraiti və ya təhlükəsizlik məqsədilə tətbiq edilən "Kover" planı səbəb ola bilər.

Ən çox gecikmə Şeremetyevo hava limanında qeydə alınıb. Burada 56 eniş və 42 uçuş reysi gecikib. Hava limanının fəaliyyəti dayandırılmasa da, uçuş cədvəlində ciddi dəyişikliklər baş verib.

Domodedovo, Jukovski və Vnukovo hava limanlarında isə əvvəllər müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu hava limanlarında ümumilikdə 56-ya yaxın reys gecikib.

Qeyd edək ki, bundan əvvəl də Çinə yaxınlaşan "Bavi" supertayfunu səbəbindən yüzlərlə rusiyalı turistin ölkədən uça bilmədiyi bildirilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər