Moldovada parlament seçkilərinə start verilib
Moldovada parlament seçkilərinə start verilib.
BAKU.WS xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi fəaliyyətə başlayıb.
Seçicilər növbəti dörd il üçün 101 deputat seçəcəklər. Səsvermədə 22 iştirakçı – 15 siyasi partiya, üç seçki bloku və dörd müstəqil namizəd mübarizə aparır. Qanunvericiliyə əsasən, parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar 7%, müstəqil namizədlər isə 2% səs toplamalıdır.
Aparılan sorğulara görə, Prezident Maya Sandunun lideri olduğu "Fəaliyyət və Həmrəylik" Partiyası seçkilərin əsas favoriti hesab olunur. Ən yaxın rəqib isə sabiq dövlət başçısı İqor Dodonun rəhbərlik etdiyi "Vətənpərvər bloku"dur.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...