Moldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Səfirdən Moldova Prezidenti Maya Sandunun Rusiyanın Kişinyovdakı səfirinin etimadnaməsini hələ də qəbul etməməsi ilə bağlı izahat tələb olunub.
"Moldova Prezidentinin 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya Federasiyasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Oleq Ozerovun etimadnaməsini hələ də qəbul etməməsinin diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olduğu ifadə olunub", - XİN-dən qeyd olunub.
Oxşar xəbərlər
İtaliya İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir barəsində istintaqa başlayıb
İtaliya prokurorluğu İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir barəsində istintaqa başlayıb. BAKU.WS xəbər verir ki, araşdırma Qəzzaya yardım aparan g...