Moldova Prezidenti bu ölkə ilə birləşməni dəstəklədiyini bildirib
Moldova Prezidenti Maya Sandu bəyan edib ki, mümkün referendum keçiriləcəyi təqdirdə ölkəsinin Rumıniya ilə birləşməsinə səs verəcək.
BAKU.WS xəbər verir ki, bu barədə o, "The Rest Is Politics: Leading" podkastında verdiyi açıqlamada danışıb.
"Əgər referendum keçirilsəydi, mən Rumıniya ilə birləşmənin lehinə səs verərdim", – deyə Sandu bildirib.
Prezident bu mövqeyini Moldova ətrafında və ümumilikdə dünyada mövcud olan geosiyasi vəziyyətlə izah edib. Onun sözlərinə görə, Moldova kimi ölkələr üçün demokratiya və suveren dövlət kimi yaşamaq və mövcudluğunu qorumaq getdikcə daha çətinləşir.
Bununla yanaşı, Maya Sandu vurğulayıb ki, hazırda respublikada Rumıniya ilə birləşməni dəstəkləyən əksəriyyət yoxdur. Prezident daha real məqsəd kimi Kişinyovun Avropa İttifaqına üzvlüyünü göstərib və bunun ölkənin suverenliyinin qorunmasına kömək etdiyini qeyd edib.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...