MİT-dən nöqtə əməliyyatı! Halil Yiğit öldürüldü
Türkiyə Silahlı Qüvvələri və MİT son günlər terror təşkilatlarına qarşı uğurlu əməliyyatlar həyata keçirərkən Şimali İraqda daha bir hadisə yaşanıb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, MİT-in nöqtə əməliyyatı ilə terror təşkilatı PKK/KCK-nın Gare hərbi kəşfiyyatçılarından olan "Hogir Pirosi" kod adlı Halil Yiğit zərərsizləşdirilib.
O, İraqın Qara bölgəsində həyata keçirilən əməliyyat zamanı öldürülüb.
MİT-in apardığı kəşfiyyat araşdırmaları nəticəsində Halil Yiğitin Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil etdiyi müəyyən edilib.
Terror cinayətləri ilə bağlı axtarış və həbs qərarı çıxarılan terrorçu Yiğit hədəf siyahısına salınıb. Xəbər mənbələri vasitəsilə Halil Yiğit addım-addım təqib edilib. Əməliyyat üçün ən uyğun anda "düyməyə basılıb."
HALİL YİĞİT kimdir?
Halil Yiğit uzun illər PKK/KCK tərkibində fəaliyyət göstərən və təşkilatın strateji qərarlarında rol oynayan mühüm adlardan biri kimi tanınırdı. MİT-in kəşfiyyat resurslarından səmərəli istifadə edərək həyata keçirdiyi bu əməliyyat terror təşkilatının rəhbərliyinə növbəti böyük zərbə kimi qiymətləndirilir.
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah" obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində "Hizbullah"ın hərbi obyektlərinə iki seriya zərbələr endirib. "Report" xəbər verir k...