"Miss Türkiyə" rusiyalı modeli döydü
İstanbulda varlı iş adamının təşkil etdiyi gecədə "Miss Türkiyə" müsabiqəsinin qalibi kikboksçu ilə rusiyalı model arasında dava düşüb.
BAKU.WS "Shot" teleqram kanalına istinadən xəbər verir ki, hadisəyə səbəb isə türk iş adamının sevgilisinin qısqanclığı olub.
Məlumatlara görə, Stavropoldan olan 25 yaşlı model Mariya sosial mediada onu 63 yaşlı iş adamı Adnan Dalğakıranın ad günü məclisinə dəvət edən gənc bir oğlanla tanış olub. O, Türkiyə İxracatçılar Məclisinin idarə heyətinin üzvü, İstanbul Ticarət Palatasının sədr müavini və bir sıra digər mühüm vəzifələrdə çalışır.
Mariyanın sözlərinə görə, gecə zamanı Adnan tez-tez ona diqqət göstərib, gülümsəyib, qucaqlayıb və açıq şəkildə maraq nümayiş etdirib. Lakin həmin anda onun yanında başqa bir qadın - kikboks üzrə milli yığmanın üzvü, "Miss Türkiyə" və "Dünyanın ən yaxşı modeli" seçilən Büşra Karakaş da olub. Məhz o, yeni gəlmiş rusiyalı modeli özünə rəqib kimi görüb.
Mariya bildirir ki, bağda yeni tanışıyla söhbət etdiyi zaman Büşra onun üstünə hücum edib: saçından tutub sürükləyib və yerə yıxıb. Rusiyalı model ağır baş travması aldığını, uzun müddət baş ağrısı, ürəkbulanma və qusma yaşadığını deyib. Onun sözlərinə görə, hadisənin şahidi olan iş adamı Adnan Dalgakıyran münaqişəni dayandırmaq üçün heç bir addım atmayıb. Sonradan məlum olub ki, hücum edən qadın həmin biznesmenin sevgililərindən biri imiş.
Rusiya vətəndaşı məclisdən qaçmağı bacarıb. Hadisədən sonra o, uzun müddət baş ağrısı, ürəkbulanma və qusmadan əziyyət çəkib. O, Türkiyə prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək iş adamının və məşuqəsinin məsuliyyətə cəlb olunmasını tələb edib. Mariya hücumun əvvəlcədən planlaşdırıldığına əmindir.
Oxşar xəbərlər
Ərəb ölkələri İranı işğala son qoymağa çağırıb
Son bir həftədə öz sıralarında altı ərəb ölkəsini birləşdirən Körfəz Əməkdaşlıq Şurasının yaydığı bəyanat İran siyasi gündəminin əsas mövzularından birini təşki...