Minlərlə insan TƏHLÜKƏDƏ: Şakiranın konsertindən sonra qızılca SİQNALI
ABŞ-nin Nyu-Cersi ştatında keçirilən Şakira konsertindən sonra sağlamlıq həyəcanı yaşanıb. Keçən həftə MetLife Stadionunda on minlərlə tamaşaçının iştirak etdiyi konsertin ardından Nyu-Cersi Səhiyyə Departamenti narahatedici açıqlama yayıb. Konsertə qatılan ştat xaricindən bir şəxsdə qızılca aşkar edildiyi və həmin şəxsin yoluxdurucu olduğu bildirilib.
BAKU.WS son dakika-ya istinadən rəsmilər stadionda olan minlərlə insanın qızılcaya məruz qalmış ola biləcəyini qeyd edib. Qızılcanın simptomlarının ən geci 6 iyuna qədər özünü göstərə biləcəyi vurğulanıb. Bu səbəbdən konsert iştirakçıları üçün qarşıdakı günlərin kritik əhəmiyyət daşıdığı açıqlanıb.
2025-ci ilin may ayının ortalarına olan statistikaya əsasən, ABŞ-nin ən azı 31 ştatında 1000-dən çox qızılca hadisəsi qeydə alınıb. Xəstəliyin episentri Texas ştatıdır – burada 700-dən çox yoluxma faktı qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu artımı ciddi şəkildə izləyir və ictimai tədbirlərdə iştirak edən şəxsləri xəbərdar edir.
Oxşar xəbərlər
İran ABŞ hərbçilərinin əsir götürüldüyünü iddia edib
İran rəsmisi ABŞ hərbçilərinin əsir götürüldüyünü iddia edib. BAKU.WS xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Silahlı Q...