Millət vəkillərinin səfərbərliyə cəlbi gündəmdə - Zelenski kritik qərarı verəcəkmi?

Millət vəkillərinin səfərbərliyə cəlbi gündəmdə - Zelenski kritik qərarı verəcəkmi?
Video
Dünya 30

Ukrayna Ali Radasında hakim "Xalqın xidmətçisi" partiyasından olan deputatların bir qrupuna etimadsızlığın artması, digərlərinin isə parlament fəaliyyətindən yayınması fonunda deputatların orduya səfərbər olunması məsələsi gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Prezident Volodimir Zelenski bununla bağlı qanunvericiliyə dəyişiklik təklifləri hazırladığını açıqlayıb. Ali Rada deputatlarının orduya cəlb olunması parlamentdən narazı olan ictimaiyyət tərəfindən müsbət qarşılansa da, deputatlar və siyasi fraksiyalar arasında gərginlik yaradıb.

Məsələ xüsusilə parlament fəaliyyətindən yayınan deputatlara qarşı fəal həmkarlarının dəstəyi ilə müşahidə olunur.

Qeyd olunur ki, Ukraynada deputat seçilən şəxslər xalqa xidmət etməyə and içirlər. Ukraynaca bu and "prisiaga" adlanır və bu, müəyyən mənada hərbi qulluqçuların vətənə xidmət öhdəliyi ilə eyniləşdirilir. Bu səbəbdən prezident deputat kimi fəaliyyət göstərməyə hazır olmayan şəxsləri hərbi xidmətə cəlb olunmağa çağırır.

Eyni zamanda, mövcud qanunvericilik deputatların səfərbər edilməsinə icazə vermir. Buna görə də Zelenskinin təşəbbüsünün reallaşması üçün qanunlara dəyişiklik edilməlidir və bu dəyişiklikləri də məhz deputatların özləri səsə qoymalıdır. Hazırda məsələ hələ ideya mərhələsindədir və konkret qanun layihəsi təqdim olunmayıb.

Ali Radada hakim "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya Prezident Zelenskinin deputatların ya işləməli, ya da döyüşməli olduqları ilə bağlı bəyanatını şərh edib. O qeyd edib ki, prezident Ukrayna Silahlı Qüvvələrinə qoşulması zəruri olan deputatlarla bağlı təklif irəli sürməyə hazırdır. Bu təşəbbüsün cəmiyyət üçün də nümunə olacağı vurğulanıb.

Qeyd edək ki, yay mövsümünə yaxın cəbhədə döyüşlərin intensivləşməsi fonunda Ukraynada səfərbərliyin yeni dalğası başlayıb.

Oxşar xəbərlər

İran Təl-Əvivə növbəti zərbələr endirib

İran Təl-Əvivə növbəti zərbələr endirib

İranın Təl-Əvivə endirdiyi raket zərbələrinin görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, şahidlər tərəfindən lentə alınan kadrlarda şəhər səmasında İran rake...

7 Dünya 10:25 19 mart 2026

Son xəbərlər