Microsoft Pakistandakı ofisini bağlayır – istifadəçilər dəyişiklik hiss etməyəcək
Microsoft şirkəti Pakistandakı rəsmi nümayəndəliyini bağlamaq qərarına gəlib. Bu barədə məlumatı LinkedIn-də ofisin rəhbəri Cavad Rəhman paylaşıb.
BAKU.WS xəbər verir ki, şirkət bu addımı iş proseslərinin optimallaşdırılması ilə əlaqələndirib. Bildirilib ki, istifadəçilər üçün xidmətlər əvvəlki qaydada davam edəcək.
Bundan sonra Pakistan istifadəçiləri ilə digər ölkələrdəki regional ofislər və tərəfdaş şirkətlər vasitəsilə işlənəcək. Məlumata görə, bağlanan ofisdə cəmi beş nəfər çalışırdı və onların hamısı işini itirib. Bu səbəbdən qərarın xidmətlərə ciddi təsir göstərməyəcəyi vurğulanıb.
Qeyd edək ki, Pakistan dünyanın əhali baxımından beşinci ölkəsi olsa da (250 milyondan çox əhali), beynəlxalq İT şirkətləri bu ölkəyə böyük sərmayə yatırmağa tələsmirlər. Səbəb isə qeyri-sabit siyasi durum, internet problemləri və zəif infrastrukturdur.
Oxşar xəbərlər
Putin İran prezidenti ilə görüşüb
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüş keçirib. BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Görüş...