Metsamor AES təmirdən sonra işini bərpa edib
Metsamor Atom Elektrik Stansiyası (AES) təmir işləri başa çatdıqdan sonra Ermənistanın enerji sisteminə qoşulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan sosial şəbəkədə məlumat verib.
"2026-cı il üçün planlı təmir işləri uğurla başa çatdıqdan sonra sentyabrın 1-də AES-nin ikinci enerji bloku yenidən işə salınaraq Ermənistanın vahid enerji sisteminə qoşulub. Enerji blokunun etibarlılığının, təhlükəsizliyinin və iş səmərəliliyinin artırılmasına yönəlmiş 20-yə yaxın mühüm tədbir həyata keçirilib", - o yazıb.
Onun sözlərinə görə, təmir işləri qrafikə uyğun olaraq 153 gün davam edib.
"Enerji bloku ştat rejimində işləyir, gücün tədricən artırılması müəyyən edilmiş texnoloji tələblərə uyğun olaraq həyata keçirilir", - nazir qeyd edib.
Xatırladaq ki, aprel ayında "Rosatom"la əldə edilmiş istismar müddətinin uzadılması proqramı çərçivəsində Metsamor AES beş ay müddətinə enerji sistemindən ayrılmışdı.
Bu stansiya Ermənistanda elektrik enerjisinin əsas mənbələrindən biridir. Burada birinci nəsil "VVER-440" reaktorlu yeganə blok fəaliyyət göstərir, onun üçün yanacağı "TVEL" ("Rosatom"un tərkibinə daxildir) tədarük edir.
Oxşar xəbərlər
Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır
Venesuela ilə razılaşmadan sonra ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse...