Məşhur teleaparıcı doğuşa saatlar qalmış xərçəng olduğunu öyrəndi
Məşhur amerikalı teleaparıcı Kat Timpf İnstaqramda süd vəzi xərçəngi ilə mübarizə apardığını elan edib.
BAKU.WS xəbər verir ki, aparıcıya doğuşdan bir neçə saat əvvəl xərçəng diaqnozu qoyulub.
Xərçəng ilkin mərhələdə olduğu üçün pərəstişkarlarından onun üçün narahat olmamağı xahiş edib. Teleaparıcı ikitərəfli mastektomiya əməliyyatı keçirdiyini deyib.
İkitərəfli mastektomiya hər iki döşün çıxarıldığı əməliyyatdır.
Timpf etiraf edib ki, o, diaqnozuna yumorla yanaşır. O, həkimlərdən şişinin ultrasəsinin görüntüsünü soyuducunun üzərində, oğlunun fotosu ilə yanaşı yerləşdirmək üçün saxlaya biləcəyini soruşub. Teleaparıcı həkimlərin onun qara yumorunu dəstəkləməsinə sevinib.
Timpf qeyd edib ki, o, hələ də yeni reallığa alışır. Hazırda aparıcını üç aylıq analıq məzuniyyəti gözləyir. O, dəstək və sevgi üçün hər kəsə təşəkkür edib.
Oxşar xəbərlər
Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı: 4 000 nəfər təxliyə edildi
Polşanın paytaxtı Varşavanın mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsi dövrünə aid dörd ədəd döyüş sursatı aşkarlandıqdan sonra təxminən 4 000 nə...