Məşhur şairin heç yerdə yayımlanmayan görüntüləri

Məşhur şairin heç yerdə yayımlanmayan görüntüləri
Dünya 106

İspan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan şair Federiko Qarsiya Lorkanın indiyədək yayımlanmamış görüntüləri aşkarlanıb.

BAKU.WS xəbər verir ki, kadrlar Menendes-Pidal ailəsinin arxivində üzərində "F.G.L." yazılan film qutusunun içindən tapılıb.

İspaniyanın dövlət televiziyası TVE görüntülərin bərpa edildiyini və ilk dəfə yayımlandığını açıqlayıb. Kadrların 1920-ci illərin sonu və ya 1932-ci ildə Lorka-nın yaratdığı La Barraka teatr truppası ilə səyahət zamanı çəkildiyi ehtimal edilir. Videoda avtomobildə hərəkət edən qrup arasında Lorkanın siması da seçilir.

Tapıntını aşkarlayan sənədli filmin rejissoru Manuel Mençon "Filmi açıb Federikonu gördükdə böyük həyəcan yaşadıq" deyib. O, görüntülərin 4K–6K formatında rəqəmsallaşdırılaraq yeni sənədli filmdə istifadə ediləcəyini bildirib.

Xatırladaq ki, Federiko Qarsiya Lorka (1898–1936) İspaniyanın ən nüfuzlu şair və dramaturqlarından biridir. "Qanlı Düğün", "Yerma" və "Bernarda Alba-nın Evi" kimi məşhur əsərlərin müəllifi olan sənətçi İspaniya Vətəndaş Müharibəsi dövründə Franko tərəfdarları tərəfindən güllələnmişdi.

Son xəbərlər