Məşhur model sevgilisini öldürüb hissələrə ayırdı
Avstraliyanın Port-Lincoln bölgəsində baş verən və ölkə gündəmini silkələyən cinayətdə, televiziya proqramı ilə tanınan model və aktrisa Tamika Çisir sevgilisi Culian Storyni öldürməkdə və cəsədini hissələrə ayırmaqda ittiham olunur.
BAKU.WS xəbər verir ki, polisin verdiyi məlumata görə, iyunun 19-da mənzildə baş verən kiçik yanğınla bağlı çağırışdan sonra hadisə yerinə gedən əməkdaşlar başı kəsilmiş və hissələrə ayrılmış cəsədlə qarşılaşıb. Culian Storynin başı isə hələ də tapılmayıb. Cinayətin iyunun 17-də gecə saatlarında törədildiyi ehtimal olunur.
Hadisə ilə bağlı təqdim olunan sənədlərdə bir şahid binadan çıxan tüstünü gördüyünü və şübhəliyə nə baş verdiyini soruşduğunu bildirib. Çisir isə sadəcə "heç nə" cavabını verərək evdən çıxıb. Yanğının böyüməsindən narahat olan şahid arxa qapıdan evə daxil olaraq tüstülənən parçaları söndürməyə çalışıb.
Polis Çisirin hadisə gecəsi geyindiyi paltarlara dair müşahidə kamerası görüntülərini yayımlayıb və ictimaiyyətdən onun hərəkətləri ilə bağlı məlumat və video görüntülərlə kömək istəyib. Həmçinin qeyd olunub ki, Çisir adətən avtomobil sürmədiyi üçün ərazidə piyada hərəkət etmiş ola bilər.
Çisir hazırda psixiatriya mərkəzində nəzarətdə saxlanılır. İyunun 27-də video konfrans vasitəsilə məhkəməyə çıxarılıb, lakin zaminə buraxılma tələbi rədd edilib. Növbəti məhkəmə iclası dekabr ayında keçiriləcək. Polis hadisənin motivlərini araşdırır.
Oxşar xəbərlər
Hörmüz boğazında gərginlik qlobal iqtisadi sabitliyə hansı təsirləri göstərə bilər?
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Hörmüz boğazında gərginlik və enerji infrastrukturuna hücumlar qlobal iqtisadi sabitliyə han...