Məşhur model 70 min dollarlıq çantası ilə dilənçiyə yardım verdi
Rusiyalı supermodel İrina Şeyk Hollivud aktyoru Bredli Kuperdən olan qızı ilə görüntülənib.
BAKU.WS xəbər verir ki, fotolar "Spletnik" saytında dərc olunub.
39 yaşlı İrina Şeyk və səkkiz yaşlı Leanı Nyu Yorkda itlərini gəzdirərkən paparassilər yaxalayıb. Supermodel qızı ilə yolda sədəqə dilənən qadınla qarşılaşıb. Model çantasından pul çıxararaq evsiz qadına vermək üçün Leaya verib.
İrina Şeyk geyim tərzini dəri "Hermes Birkin" çantası ilə tamamlayıb. Çantanın qiyməti 70 500 dollardır.
Qeyd edək ki, 2017-ci ildə İrina Şeykin aktyor Bredli Kuperdən Liya adlı qızı dünyaya gəlib. Məşhurlar 2019-cu ildə ayrılıblar.
Oxşar xəbərlər
Rusiya eksperti "Banderol" raketinin imkanlarından danışdı
Rusiyanın yeni nəsil "Banderol" raketi yerüstü və dayaz dərinlikdə yerləşən hədəflərə zərbə endirmək imkanına malikdir. BAKU.WS xəbər verir ki, bu barədə rusiya...