Məşhur markanın çipsləri təcili yığışdırılır
Qida Standartları Agentliyi (FSA) istehlakçılara xəbərdarlıq edərək, etiketləmə xətası səbəbindən çipsləri təcili geri çağırıb.
BAKU.WS sondakika.com-a istinadən xəbər verir ki, söhbət "3D Trading" tərəfindən satılan "Ruffles Sabor a Jamón Crisps" çipslərindən gedir.
Belə ki, istehsalat zamanı səhvən məhsulun allergik tərkibi ingilis dilində göstərilməyib. Bu çiplərin tərkibində süd və soya var, lakin sözügedən məlumat qablaşdırmada olmadığı üçün allergiyası olan insanlara ciddi sağlamlıq riski yaradıb. Süd və ya soya allergiyası olan şəxslərin məhsulu qətiliklə istehlak etməmələri vurğulanıb.
Məlumata görə, "Ruffles Sabor a Jamón Crisps"in 150 qramlıq paketlənmiş bütün partiyaları Şimali İrlandiya və Şotlandiyada geri çağırılıb.
Qeyd olunur ki, allergik reaksiyalar yüngül səpgidən həyati təhlükəsi olan anafilaksiyaya qədər dəyişə bilər. Ciddi simptomlara aşağıdakılar daxildir: Boğazda, dildə və ya tənəffüs yollarında şişkinlik, nəfəs almaqda çətinlik, xırıltı, baş gicəllənməsi, zəiflik hissi solğun, nəmli dəri və huşunu itirmə. Mütəxəssislər belə hallarla qarşılaşanların həkimə müraciət etmələrini məaləhət görüb.
Oxşar xəbərlər
ABŞ-də keçmiş vitse-qubernator həyat yoldaşını öldürüb, sonra intihar edib
ABŞ-nin Virciniya ştatında keçmiş vitse-qubernator Castin Fairfaks həyat yoldaşını öldürdükdən sonra intihar edib. BAKU.WS xəbər verir ki, 2018–2022-ci illərdə...