Məşhur aktrisa Hollivudu həmişəlik tərk etdi - Sevgi axtarır
Aktrisa Cennifer Eniston Hollivudu həmişəlik tərk edib. 56 yaşlı ulduz üç il əvvəl malikanə aldığı Montecitoda eşq tapmaq istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə "Radar Online" nəşri məlumat yayıb.
"Friends" serialına çəkildikdən sonra məşhurlaşan aktrisa bütün dünya mediasının danışdığı yanğınlardan sonra Los-Ancelesi tərk edib. O, 2022-ci ildə teleaparıcı Oprah Uinfreydən aldığı evdə məskunlaşıb.
Bİldirilib ki, Cennifer şəxsi həyatı ilə bağlı bitib-tükənməyən söz-söhbətlərdən bezib. Eyni zamanda, o, sevəcəyi birini tapmağı xəyal edir.
"O ümid edir ki, yeni başlanğıc ona yenidən sevgi tapmağa kömək edə bilər. Ceniferin bu qədər uzun müddətdir münasibəti yoxdur. O, həqiqətən bu cür ünsiyyət üçün darıxır. Kədərli reallıq odur ki, o, çox vaxt tək olur", - deyə mənbə paylaşıb.
Xatırladaq ki, sənətçi daha əvvəl iki dəfə ailə qurub. İlk əri beş il birlikdə olduğu həmkarı Bred Pitt, ikinci əri isə Castin Teru idi. 2015-ci ildə evləndilər, lakin üç il sonra boşandılar. Onun övladı yoxdur.
Oxşar xəbərlər
Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək
Bütün Fransa üzrə etirazlarla əlaqədar 135 nəfər saxlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunyes brifinq zam...