Məşhəd şəhərində Əli Xameneinin dəfn mərasimi başlayıb
İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi onun doğulduğu Məşhəd şəhərində keçirilir.
BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, mərasimə ölkə daxilindən və xaricdən çoxsaylı rəsmi şəxslər, din xadimləri və vətəndaşlar qatılıblar.
Bununla da iyulun 4-dən etibarən Tehran və Qum şəhərlərində, eləcə də İraqın müsəlmanlar üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində təşkil olunan anım və matəm mərasimləri yekunlaşır.
Meanwhile in Mashad:
— Arya Yadeghaar (Backup) (@AryJeayBackup) July 9, 2026
Millions are waiting on the streets ahead of the funeral ceremony for martyr Imam Khamenei. pic.twitter.com/c0Tym1eZtX
Məlumata əsasən, keçirilən matəm tədbirlərində 45-dən çox ölkədən siyasi nümayəndələr, həmçinin 90-dan artıq dövlətdən alimlər, dini liderlər və tədqiqatçılar iştirak ediblər.
Qeyd edək ki, İranın keçmiş ali rəhbəri Əli Xamenei bu ilin fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində həyatını itirib.
🔴 Momento de la llegada de los féretros del Líder mártir de la Revolución Islámica de Irán y de los miembros mártires de su familia al aeropuerto de Mashad, donde se celebrarán las ceremonias finales antes de su entierro. pic.twitter.com/2a8knn8hN7
— HispanTV (@Nexo_Latino) July 9, 2026
Oxşar xəbərlər
İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi
Madrid Əyalət Məhkəməsi İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin peşəkar fəaliyyəti ilə bağlı iş üzrə ona qarşı tətbiq edilən qətimka...