Meşə yanğını Bülent Ersoyun villasına çatdı – Sənətçi təxliyə edildi

Meşə yanğını Bülent Ersoyun villasına çatdı – Sənətçi təxliyə edildi
Video
Dünya 181

Türkiyənin Antalya şəhərində bir neçə gündür davam edən meşə yanğınları bu gün tanınmış müğənni Bülent Ersoyun evinə təhlükə yaradıb. Alovlar sənətçinin Kundu bölgəsinin Gözəloba məhəlləsində yerləşən villasına qədər yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilir ki, təhlükənin artması səbəbindən Bülent Ersoy dərhal evindən çıxarılaraq təhlükəsiz yerə aparılıb.

Yanğınsöndürən qruplar əraziyə cəlb olunub və alovun evə tam yayılmasının qarşısı alınıb. Qısa müdaxilə sayəsində yanğın nəzarət altına alınıb.

Sənətçinin prodüseri Bülent Ersoyun səhhətinin və ümumi vəziyyətinin normal olduğunu açıqlayıb.

Qeyd edək ki, Antalyada, xüsusilə Aksu, Qazipaşa, Manavqat və Muratpaşa bölgələrində meşə yanğınları son günlərdə geniş əraziləri əhatə edir. Yanğınsöndürmə işləri davam edir və bölgədə fövqəladə tədbirlər görülür.

Son xəbərlər