Meryem Üzerli: "Ölüm düşüncəsi belə məni qorxudur"

Məşhur aktrisa Meryem Üzerli açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aktrisa "L'Officiel Türkiye" jurnalına müsahibəsində ölümdən çox qorxduğunu bildirib:
"Həyatın son nöqtəsi ölümdür. Son nöqtə artıq ölümlə üzləşməkdir. Bunu düşünmək belə məni çox qorxudur. Daxilimdə bir neçə fərqli mövzulara qapı açır".
Üzerli həmçinin müsahibəsində bir münasibətdə yaxşı partnyorun qısqanclığa zəmin yaratmadığını da qeyd edib:
"Qısqanclıqla əlaqəm yoxdur. Amma əgər bir münasibətim olsa, bu hiss zaman-zaman ortaya çıxa bilər. Lakin inanıram ki, düzgün partnyor bu cür hisslərin həqiqətən yaranmasına səbəb olmaz".

Oxşar xəbərlər
Çində bir milyon il yaşı olan insan kəlləsi tapılıb
Çində bir milyon il yaşı olan insan kəlləsi tapılıb. Alimlər hesab edir ki, bu tapıntı Homo Sapiensin düşündüyümüzdən yarım milyon il əvvəl meydana çıxdığını gö...
