Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi

Meloni tarixə düşdü: Berluskoninin rekordunu yenilədi
Dünya 45

İtaliyanın Baş naziri Ciorcia Meloni ölkənin İkinci Dünya müharibəsindən sonrakı siyasi tarixində yeni rekorda imza atıb.

BAKU.WS xəbər verir ki, Meloninin rəhbərlik etdiyi hökumət 1 413 gün fasiləsiz fəaliyyət göstərərək Silvio Berluskoni hökumətinin 1 412 günlük rekordunu geridə qoyub.

İtaliyada son 80 ildə 68 hökumətin dəyişdiyi nəzərə alınarsa, bu göstərici ölkənin siyasi tarixində xüsusi əhəmiyyət daşıyır.

Meloninin rəhbərlik etdiyi "İtaliya Qardaşları" partiyası rekordu qeyd etmək üçün Bari şəhərində böyük tədbir təşkil edəcək. Tədbirə təxminən 10 min tərəfdarın qatılması, iştirakçıların Bariyə 80-ə yaxın avtobusla gətirilməsi planlaşdırılır.

Meloninin tədbirdə çıxış edəcəyi, baş nazir müavinləri Matteo Salvini və Antonio Tajaninin isə video bağlantı ilə iştirak edəcəyi gözlənilir.

Tədbərin 2027-ci ildə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində Meloninin siyasi güc nümayişinə çevriləcəyi də bildirilir.

Bu arada hökumət tərəfdarları Bari limanında toplaşarkən, müxalif qrupların şəhərin tarixi mərkəzində etiraz aksiyası keçirməsi planlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər