Meloni onların sərt şəkildə cəzalandırılmasını istədi
İtaliyanın Baş naziri Ciorcia Meloni özünün və digər qadın deputatların şəkillərinin böyüklər üçün nəzərdə tutulmuş vebsaytda yayılması ilə bağlı hiddətini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, İtaliya Prokurorluğu artıq qadın deputatların və jurnalistlərin, o cümlədən İtaliyanın baş nazirinin şəkillərinin yerləşdirildiyi iddia olunan pornoqrafik saytla bağlı araşdırmaya başlayıb.
Bildirilir ki, ötən həftə bağlanana qədər həmin saytın 700 mindən çox abunəçisi olub.
Meloni məsuliyyət daşıyan şəxslərin maksimum sərtliklə cəzalandırılmasını tələb edib.
Oxşar xəbərlər
ABŞ-dən yeni hava əməliyyatı, İran Amerika bazalarını PUA-larla vurdu
ABŞ ilə İran arasında hərbi gərginlik daha da dərinləşib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində növbəti hərbi əməliyyatlar ser...