Məhkumlar cinsi kimliklərinə uyğun olaraq həbsxanalara yerləşdiriləcək

Argentinada həbsxana sisteminə dair yeni qaydalar tətbiq olunacaq.
BAKU.WS xəbər verir ki, Argentinanın yerli mediasının məlumatına görə, məhkumlar cinayət törətdikləri zaman qeydiyyatda olan cinsi kimliklərinə uyğun olaraq həbsxanalara yerləşdiriləcəklər. Bu çərçivədə cinsi cinayətlər, insan alveri və qadınlara qarşı zorakılıq törədən trans qadınlar qadın həbsxanalarına yerləşdirilməyəcək.
Xatırladaq ki, Argentina hökuməti 18 yaşdan aşağı şəxslər üçün cinsiyyət dəyişdirmə əməliyyatlarını və hormon terapiyalarını qadağan etmək barədə qərarını da qəbul edib.
Argentina LGBT+ Federasiyası verilən qərarlara kəskin etiraz edərək hökumətin bu dəyişiklikləri fərdi qaydada qəbul edə bilməyəcəyini və gərəkli olarsa, məhkəməyə müraciət edəcəklərini bəyan edib.
Qeyd edək ki, Arjantində 2012-ci ildə qəbul edilən Cinsiyyət Kimliyi Qanunu çərçivəsində fərdlərə kimliklərinə uyğun hormon terapiyası və cinsiyyət dəyişdirmə əməliyyatları keçirmək icazəsi verilmişdi.
Oxşar xəbərlər
Teylor Svift futbolçu sevgilisi ilə evlənib?
Məşhur müğənni Teylor Sviftin ailə qurduğu bildirilib. BAKU.WS xəbər verir ki, o uzun müddətdir eşq yaşadığı futbolçu Travis Kelce ilə evlənib. Cütlük sadə ni...
