"Medcezir"ə ev sahibliyi edən ikonik villa milyonlarla manata SATIŞDA
Türkiyənin yaddaşlarda iz buraxan serialı "Medcezir"ə ev sahibliyi edən ikonik villa özünə yeni sahib axtarır.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, villanın satış qiyməti 340 milyon lirədir (14800000 AZN).
Serenay Sarıkaya və Çağatay Ulusoyun baş rollarını paylaşdığı və 2013-2015-ci illər arasında ekranlaşdırılan "Medcezir" serialının çəkildiyi dəbdəbəli malikanə serialın ən romantik səhnələrinə ev sahibliyi edib və Tuzlada yerləşir.
"Medcezir" serialının pərəstişkarlarının unuda bilmədiyi səhnələrə ev sahibliyi edən malikanə Serenay Sarıkayanın canlandırdığı Mira ilə Çağatay Ulusoyun canlandırdığı Yamanın görüşmə nöqtəsi olub.
Qalereya
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...