Marin Le Pen departamentdəki vəzifəsindən kənarlaşdırılmasından şikayət verib
Fransanın parlamentində sağçı "Milli Birlik" partiyasının fraksiya lideri Marin Le Pen Pa-de-Kale departamentinin müşaviri vəzifəsindən kənarlaşdırılmasına etiraz edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə onun partiyasının üzvü Stiv Briua sosial şəbəkələrdə bildirib.
"Marin Le Pen hələ də departamentin müşaviridir. İnzibati məhkəməyə qərarın dayandırılması tələbi ilə apellyasiya şikayəti verilib", - deyə o qeyd edib.
Beləliklə, apellyasiya məhkəməsinin qərarı çıxarılana qədər Le Pen bu vəzifəni tutmağa davam edəcək.
Ötən həftə departamentin prefekturası siyasətçinin vəzifədən rəsmi kənarlaşdırılması haqqında qərarın qüvvəyə mindiyini bildirmişdi.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...