Maradonanın cənazəsi məqbərəyə köçürüləcək
Argentinanın San-İsidro şəhərinin məhkəməsi futbolçu Dieqo Maradonanın qalıqlarının Buenos-Ayresdə tikilməkdə olan məqbərəyə köçürülməsinə icazə verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun qalıqlarının köçürülməsi üçün icazəni Maradonanın qızları Dalma və Cannina istəyib.
Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.
1984-1991-ci illərdə argentinalı "Napoli"də çıxış edib və burada ikiqat İtaliya çempionu olub.
O, həmçinin "Argentinos Juniors", "Boca Juniors", "Barcelona", "Sevilla" və "Newell"s Old Boys" klublarında oynayıb. 2010 Dünya Kubokunda məşqçi kimi Argentinanı 1/4 finala çıxarıb.
Argentina millisinin heyətində 91 matçda iştirak edib, 34 qol vurub. 1986-cı il dünya çempionatının sonunda Maradona turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Növbəti dünya çempionatında forvard yarışın gümüş mükafatçısı olub.
Oxşar xəbərlər
Ermənistanda parlament seçkilərində səsvermə başlayıb
Ermənistanda parlament seçkiləri ilə bağlı səsvermə bu gün yerli vaxtla saat 08:00-da başlayıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2 m...