Malayziyanın keçmiş baş naziri 15 il azadlıqdan məhrum edildi
Malayziyada məhkəmə ölkənin keçmiş baş naziri Nəcib Tun Razakı 1MDB dövlət fondundakı korrupsiya sxemləri işi üzrə 15 il həbsə və 11.4 milyard rinqqit (təxminən 3 milyard ABŞ dolları) məbləğində cəriməyə məhkum edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 72 yaşlı Nəcib Razak 2009-cu ilin aprelindən 2018-ci ilin mayınadək Malayziyanın baş naziri vəzifəsini tutub. Həmin ilin iyulunda o, korrupsiya şübhəsi ilə saxlanılıb.
2020-ci ildə Malayziya Ali Məhkəməsi onu 1MDB dövlət fondundakı korrupsiya qalmaqalı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilib.
O zaman Nəcib Razak 12 il həbs və təxminən 44 milyon dollar cəriməyə məhkum edilmişdi. 2024-cü ildə cəza müddəti altı ilə (23 avqust 2028-ci ilədək), cərimə isə ilkin məbləğin dörddə birinə qədər azaldılmışdı.
Oxşar xəbərlər
İranda 2025-ci ildə edamların sayı artıb
2025-ci ildə İran həbsxanalarında ən azı 1922 nəfər edam edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu statistika edamların 2024-cü illə müqayisədə 106...