Macarıstan və Serbiya arasında bu tarixdədək neft kəməri inşa ediləcək
Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi 2025-ci ilin sonu – 2026-cı ilin əvvəlində başlayacaq. Layihənin tam olaraq 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto mətbuat konfransında bildirib.
"Tikinti işləri bu ilin sonu və gələn ilin əvvəlində fiziki olaraq başlaya bilər. Bunun nəticəsində iki ölkə arasında yeni neft kəməri çəkiləcək," – deyə Siyarto detalları açıqlayıb.
Bundan əvvəl Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç bildirmişdi ki, yeni neft kəməri "Drujba" neft kəmərinə qoşulacaq və Rusiya yanacağının daha sürətli çatdırılması üçün istifadə olunacaq.
Serbiya Prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, yeni neft kəmərinin uzunluğu 128 kilometr olacaq. Layihə Serbiyaya tranzit vergisini azaltmağa imkan verəcək.
Oxşar xəbərlər
İran BAEA ilə əməkdaşlıq sazişindən çıxdı
İran ölkədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspert fəaliyyətinin bərpası üzrə sentyabr ayında Qahirədə əldə edilmiş razılaşmanı rəsmən ləğv etdiyi...