"Lukoil" 76 milyon səhmni ləğv edəcək

"Lukoil" səhmləri kvazi xəzinə qiymətli kağızların ləğvi qərarından sonra kəskin bahalaşıb.
BAKU.WS xəbər verir ki, "Lukoil"in Direktorlar Şurası 76 milyon kvazi xəzinə səhmnin ləğv edilməsi barədə qərar qəbul edib.
Məlumatda bildirilir ki, Şura qərarından sonra dividend hesablanarkən həmin səhmlər nəzərə alınmayacaq.
Bununla yanaşı, 29 avqustda Moskva Birjasında şirkətin səhmlərinin qiyməti kəskin artaraq 6500 rubldan yuxarı qalxıb. Pik məqamda səhmlər 5,12% bahalaşıb və bir səhm üçün 6595 rubl səviyyəsində ticarət edilib.
Kvazi xəzinə səhmlərin ləğvi elan edildikdən sonra indeksdə də nəzərəçarpacaq hərəkət müşahidə olunub və göstərici 2900 bənd səviyyəsini keçib.
Oxşar xəbərlər
Həftəlik kirayəsi villa qiymətinə olan YAXTA HAMINI TƏƏCCÜBLƏNDİRDİ
Bodrumda sahilə bağlanan yaxtalardan biri hərkəsin təəccübünə səbəb olub. BAKU.WS xəbər verir ki, yaxta "Sunrays" adlanır və 88 metr uzunluğundadır. O çox böyü...
