Lukaşenko ABŞ ilə razılaşmalar çərçivəsində 31 Ukrayna vətəndaşını əfv edib
Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Natalya Eysmont bildirib.
"ABŞ və Belarus prezidentləri Donald Tramp və Aleksandr Lukaşenko arasında əldə edilmiş razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin xahişi ilə qonşu dövlətdə silahlı münaqişənin nizamlanması üçün şəraitin yaradılması məqsədilə, Belarus Prezidenti ölkəmizin ərazisində cinayət törətmiş 31 Ukrayna vətəndaşını əfv edib", - deyə o bildirib.
N.Eysmont qeyd edib ki, hazırda həmin şəxslər Ukrayna tərəfinə təhvil verilir.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...