Lukaşenko 123 məhbusu əfv edib
Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123 vətəndaşını azadlığa buraxıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Belarus pPrezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətinin liderlərindən olan Mariya Kolesnikova da var.
Qeyd olunub ki, azadlığa çıxan şəxslər daha əvvəl casusluq, terrorçuluq, ekstremist fəaliyyət və digər maddələrlə məhkum ediliblər.
Xatırladaq ki, Lukaşenko son vaxtlar Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...