Litva prezidenti müdafiə nazirini vəzifəsindən azad etdi

Litva prezidenti müdafiə nazirini vəzifəsindən azad etdi
Dünya 43

Litva Prezidenti Qitanas Nauseda müdafiə naziri Dovile Şakaleneni onun öz xahişi ilə vəzifəsindən azad edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Prezident Administrasiyası yayıb.

Qeyd olunur ki, müdafiə naziri ilə Baş nazir İnqa Ruqinene arasında gələn ilin büdcə layihəsində müdafiəyə ayrılan vəsaitin qiymətləndirilməsi ilə bağlı fikir ayrılığı yaranıb. Dovile Şakalene ayrılan vəsaitin tam şəkildə müdafiə məqsədləri üçün istifadə olunacağına şübhə edib və bu vəsaitin bir hissəsinin müdafiə ilə birbaşa əlaqəsi olmayan proqramlara yönəldilə biləcəyini istisna etməyib.

Bu bəyanatdan sonra Baş nazir İnqa Ruqinene müdafiə nazirinə etimadını itirdiyini açıqlayıb. Ardınca Dovile Şakalene istefa vermək qərarını bəyan edib.

Prezident Qitanas Nauseda nazirlə görüşərək ondan istefa ərizəsini hökumət başçısı ilə danışıqlar aparılana qədər təxirə salmasını istəyib. Daha sonra Nauseda və Ruqinene Şakalenenin istefası ilə bağlı razılığa gəliblər.

Son xəbərlər