Leninin nəslindən olan Yelena Ulyanova vəfat etdi
11
may
2026
19:05
Vladimir Leninin qardaşı nəvəsinin qızı olan Yelena Ulyanova 47 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Qeyd edilib ki, Yelena Ulyanova 47 yaşında dünyasını dəyişib.
Onun mayın 8-də vəfat etdiyi bildirilir. Ölüm səbəbi kəskin infeksiya olub.
Bu barədə daha ətraflı məlumat isə verilməyib.
Qeyd edək ki, Ulyanova Moskvada anadan olub. 1990-cı illərdə Fransada və ABŞ-da təhsil alıb.
Y.Ulyanova Leninin birbaşa varisi hesab edilməyib. Bu soy xətti Leninin kiçik qardaşı Dmitri Ulyanovun nəslindən gəlib.
Oxşar xəbərlər
Ukraynanın Belqoroda PUA hücumları: Ölənlər və yaralananlar var
Rusiyanın Belqorod vilayəti son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin intensiv pilotsuz uçuş aparatı (PUA) hücumlarına məruz qalıb. BAKU.WS xəbər verir ki,...