Ledi Qaqa milyarderdən 6 milyon dollar tələb edib? - AÇIQLAMA
01
iyl
2025
16:38
Milyarder Ceff Bezosun jurnalist sevgilisi Loren Sançeslə olan təmtəraqlı toyunun əks-sədası bitmək bilmir.
BAKU.WS xəbər verir ki, bu dəfə Ceffin toya məşhur müğənnilər Ledi Qaqanı və Elton Conu dəvət etdiyi, onların isə bunun qarşılığında milyarderdən adambaşına 6 milyon dollar tələb etdikləri bildirilib.
Yayılan bu iddialar cavabsız qalmayıb.
"TMZ"nin yaydığı məlumata əsasən, toya nə Ledi Qaqa, nə də Elton Con dəvət edilməyib.
Milyarderin təmtəraqlı toyunda sadəcə Böyük Britaniyalı müğənni və italiyalı sənətçi Matteo Bocelli ifa ediblər.
Oxşar xəbərlər
Müge Anlının keçmiş həyat yoldaşına hücum etdilər
Məşhur aparıcı Müge Anlının keçmiş həyat yoldaşı Burhan Akdağa hücum edilib. BAKU.WS xəbər verir ki, Burhan Akdağ həyat yoldaşından boşanandığı gün döyülüb. İd...