Latviya İranın Naxçıvana zərbələrini pisləyib
Latviyanın Azərbaycandakı səfirliyi, İranın martın 5-də Naxçıvan Muxtar Respublikasına endirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumlarını qətiyyətlə pisləyib.
BAKU.WS xəbər verir ki, diplomatik missiyanın "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub ki, Naxçıvanda hava limanına və mülki obyektlərə yönələn PUA zərbələri beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. Səfirlik Azərbaycanla həmrəyliyini ifadə edib və regionda sülhün təmin olunmasına dəstək verdiyini vurğulayıb.
Qeyd edək ki, İran ərazisindən buraxılan dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb yaxınlığına düşüb. Hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan isə cavab zərbəsi endirmək hüququnu özündə saxlayır.
Oxşar xəbərlər
İtaliya İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir barəsində istintaqa başlayıb
İtaliya prokurorluğu İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir barəsində istintaqa başlayıb. BAKU.WS xəbər verir ki, araşdırma Qəzzaya yardım aparan g...