Küveyt hava sahası yenidən açıldı

Küveyt hava sahası yenidən açıldı
Dünya 112

Küveyt hava sahası yenidən açıldı.

BAKU.WS xəbər verir ki, uçuşların bərpası təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra həyata keçirilib. Qurumdan bildirilib ki, ölkə daxilində və xaricində aidiyyəti strukturlarla koordinasiya davam etdirilir və vəziyyət yaxından izlənilir.

***10:06

Küveyt İranla bağlı təhlükəsizlik risklərini əsas gətirərək ölkənin hava məkanını müvəqqəti bağladığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, qərar yerli vaxtla saat 04:50-dən etibarən qüvvəyə minib. Təhlükəsizlik tədbirləri çərçivəsində bütün uçuşlar mövcud beynəlxalq prosedurlara uyğun olaraq alternativ hava limanlarına yönləndirilib.

Qurumun açıqlamasında qeyd olunub ki, qərarın qəbul edilməsinə bölgədəki son hadisələr və mülki aviasiya üçün yarana biləcək təhlükələr səbəb olub.

Rəsmi məlumatda vurğulanıb ki, vəziyyət aidiyyəti qurumlarla birgə daim nəzarətdə saxlanılır. Riskin aradan qalxdığı müəyyən edildikdən sonra hava məkanı yenidən açılacaq və uçuşlar adi rejimdə bərpa olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər