Küveyt hakimiyyəti əhaliyə müraciət etdi: "Evlərinizdə qalın"
Küveyt hakimiyyəti əhaliyə müraciət edərək 8 aprelə keçən gecə evdə qalmaları və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Küveyt Daxili İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda məlumat verilib.
Bəyanatda qeyd olunur: "Daxili İşlər Nazirliyi sakinləri 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağa və küçəyə çıxmamağa israrla çağırır".
Nazirlik vurğulayıb ki, bu müraciət insanların təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarının öz vəzifələrini daha effektiv yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...