"Kurtlar Vadisi Pusu"nun məşhur aktyoru: "Canımı oradan çətinliklə qurtardım"
"Kurtlar Vadisi Pusu" serialının məşhur aktyoru Emin Olcay açıqlaması ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, o müsahibələrindən birində rol aldığı serialdan canını çətinliklə qurtardığını etiraf edib.
Emin Olcay ""Kurtlar Vadisi Pusu" serialına yenidən çəkilərsiniz" sualına qətiyyətlə "Xeyr" cavabını verib:
"Mən canımı oradan çətinliklə qurtardım. Yenidən o seriala çəkilmək də istəmərəm. Açıq söyləyəcəyəm. Çünki Necati Şaşmaz və Raci Şaşmaz söylədikəri sözün arxasında dayanmayan uşaqlardır. Təəssüf ki, çox səhvləri oldu. Çox böyük xidmətləri olub. Onlardan da xəbərim var. Lakin son zamanlarda o atanın uşaqları olduqlarını unutdular. O babanın nəvələri olduqlarını unutdular".
Xatırladaq ki, "Kurtlar Vadisi Pusu" ilk dəfə 2003-cü ildə ekranlara gəlib.
Oxşar xəbərlər
Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı
ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, 83 yaşlı siyasətçi metastatik xərçəngə qarşı müalicəsini davam et...