Kurskdakı döyüşün ANBAAN GÖRÜNTÜSÜ
Hərbi müxbir Aleksandr Kots Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus texnikanın məhv edildiyini əks etdirən görüntüləri yayımlayıb.
BAKU.WS xəbər verir ki, o, videonu "Telegram" kanalında paylaşıb.
Onun sözlərinə görə, döyüş Rusiya vilayətinin Sudja rayonuna aid Qornal kəndinin şimalında baş verib. Kadrlarda pilotsuz uçuş aparatının (PUA) meşəlik ərazidə dayanan Ukrayna texnikasına çırpıldığı görünür.
"810-cu dəniz piyadaları briqadasının 2-ci motoatıcı batalyonunun operatorları Kursk sərhəd bölgəsində düşməni məhv etməyə davam edirlər", – deyə Kots paylaşımına əlavə edib.
Bundan əvvəl hərbi bloger Vladimir Romanov termal görüntülərdə Ukrayna hərbçilərinin hərəkətsiz qalan bədənlərini əks etdirən fotoları yayımlamışdı.
Oxşar xəbərlər
Dmitri Medvedev: Rusiyada səfərbərliyə ehtiyac yoxdur
Rusiya ordusu müqaviləli əsgərlər və könüllülərlə tam təchiz olunub, ona görə də səfərbərliyə ehtiyac yoxdur. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barəd...