"Kızılcık Şerbeti"ndə böyük AYRILIQLAR - "Nilay"ın ardınca 3 aktyor da getdi
Türkiyənin məşhur serialı "Kızılcık Şerbeti" serialının 5-ci mövsümü öncəsi aktyor heyətində ciddi dəyişikliklər baş verib.
BAKU.WS xəbər verir ki, əvvəlcə Nilay obrazını canlandıran Feyza Civelek layihə ilə yollarını ayırıb.
Ardınca serialın ilk mövsümündən etibarən Nursema obrazına həyat verən Ceren Karakoçun da yeni mövsümdə rol almayacağı məlum olub.
Məlumata görə, ayrılıqlar bununla yekunlaşmayıb. Nilayın anası obrazını canlandıran Neslihan Yeldan və "Fethi" rolunun ifaçısı Barlas Kartal da serialdan ayrılıb.
Beləliklə, 5-ci mövsüm başlamazdan əvvəl əsas aktyor heyətindən ayrılanların sayı 4-ə çatıb.
Baş verən dəyişikliklərin serialın süjetinə necə təsir edəcəyi isə maraq doğurur.
Qeyd edək ki, "Kızılcık Şerbeti"nin 5-ci mövsümünün ilk bölümünün sentyabrın 18-də, cümə günü yayımlanması gözlənilir. Yeni mövsüm üçün çəkilişlərin isə avqustun sonunda başlaması planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Alimlər diabetlə mübarizədə faydalı ola biləcək təbii məhsulları açıqladı
Müalicəvi göbələklərin 2-ci tip şəkərli diabetin profilaktikası və müalicəsinə əlavə vasitə kimi faydalı ola biləcəyi müəyyənləşib. BAKU.WS xəbər verir ki, bu b...