Kiyevdə "İskəndər" raketinin döyüş hissəsi partladılıb

Kiyevdə İskəndər raketinin döyüş hissəsi partladılıb
Dünya 48

Ukraynanın paytaxtı Kiyevdə "İskəndər" raketinin döyüş hissəsinin nəzarətli şəkildə partladıldığı bildirilib.

BAKU.WS xəbər verir ki, İskəndər raket kompleksinə məxsus raketin döyüş hissəsi Desnyanski rayonunda xüsusi əməliyyat çərçivəsində zərərsizləşdirilib. Yerli mənbələr partlayışın əvvəlcədən planlaşdırıldığını və təhlükə yaratmadığını qeyd edib.

Bildirilir ki, Ukrayna hərbçiləri hadisədən əvvəl əhaliyə güclü səslər eşidilə biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu, paytaxt üzərində "İskəndər" tipli raketlərin qeydə alındığı ilk hal deyil. Daha əvvəl də Kiyev üzərində belə raketin uçuşu müşahidə edilmişdi.

Son xəbərlər