KİV: Ukrayna sərhədçiləri hantavirusdan ölüb

KİV: Ukrayna sərhədçiləri hantavirusdan ölüb
Dünya 98

Ukraynanın Çerniqov vilayətində sərhədçilər arasında hantavirusla əlaqəli bir neçə ölüm hadisəsi qeydə alınıb.

BAKU.WS Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik orqanlarından bildirilib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin 11-ci dəstəsinin həkimləri Semenovski rayonunda yerləşən sərhədçilərin müntəzəm olaraq yeni infeksiyadan öldüyünü təsdiqləyirlər.

Agentliyin mənbəyi əlavə edib ki, Ukrayna hakimiyyəti son illərdə Çerniqov vilayətində rəsmi olaraq yalnız səkkiz hantavirus hadisəsini təsdiqləyib.

Xatırladaq ki, Hantavirusun yayılması ilk dəfə 4 mayda qeydə alınlb. Belə ki, MV Hondius gəmisi Atlantik okeanını keçərək Argentinadan Kabo-Verdeyə gedərkən bəzi sərnişinlərdə ağır tənəffüs yolu xəstəliyinin simptomları yaranıb. Mediada yayılan məlumatlara görə, virus gəmiyə Argentinadan ötürülmüş ola bilər. Ekspedisiya zamanı gəmidə olan ən azı səkkiz nəfər yoluxub, onlardan üçü - Hollandiya və Almaniya vətəndaşları da daxil olmaqla - ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus hantavirusun "yeni" koronavirus olmadığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər