KİV: Təbrizdə hərbi vəziyyət elan edilib
İranın Təbriz şəhərində hərbi vəziyyət elan olunub və vətəndaşlara saat 20:00-dan sonra küçələrə çıxmaq qadağan edilib.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Təbrizin Böyük Bazarı və əsas ərzaq mağazalarının bağlı olduğu bildirilir. Bəzi kiçik mağazalar müəyyən saatlarda açıq olsa da, zəruri mallara çıxış məhdud olaraq qalır.
Qeyd edək ki, İranda rialın dəyərdən düşməsi ilə başlayan etirazları yatırmaq üçün təhlükəsizlik qüvvələrinin odlu silahdan da istifadə etdiyi açıqlanıb. Komendant saatının bu səbəbdən qüvvəyə mindiyi bildirilir. Digər səbəb isə ABŞ-nin mümkün hava zərbələri ola bilər.
Oxşar xəbərlər
Dünyədə tək yaşayan insanların ən çox olduğu ölkələr
Dünyada tək yaşayan insanların sayı son illərdə artmaqdadır. Bu trend xüsusilə yüksək gəlirli, şəhərləşmiş ölkələrdə çox müşahidə edilir. Tək yaşayanların çoxlu...