KİV: Qəddafinin oğlu telefonla danışarkən güllələnib
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin öldürülməsi zamanı ona 18 dəfə atəş açıldığı bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata əsasən, hücumu həyata keçirən silahlı şəxslərdən ikisi birbaşa Seyf əl-İslamın Liviyanın qərbində yerləşən Əz-Zintan şəhərindəki yaşayış məkanına daxil olub. Daha iki nəfər isə ərazi ətrafında nəzarətçi qismində mövqe tutub.
Hadisə baş verən zaman Seyf əl-İslam telefon danışığı aparırmış. Bildirilir ki, onun yaxın çevrəsindən olan şəxslərdən biri mümkün təhlükə ilə bağlı onu əvvəlcədən xəbərdar edib.
Baş verən hadisənin digər detalları hələlik ictimaiyyətə açıqlanmayıb.
Oxşar xəbərlər
ABŞ vətəndaşlarına İranı təcili tərk etmək çağırışı edilib
ABŞ-nin İrandakı virtual səfirliyi ölkədə olan Amerika vətəndaşlarına İranı dərhal tərk etmələri barədə xəbərdarlıq yayıb. BAKU.WSxəbər verir ki, bu çağırış dip...