KİV: ABŞ İranla müharibədə "MQ-9 Reaper" PUA-larının təxminən dörddə birini itirib
ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalın tükənməsi səbəbindən MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25 faizini itirib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ABŞ ordusu ümumilikdə 45 MQ-9 Reaper itirib. Bu PUA-lar Hörmüz boğazı ərazisində İran üçün "asan hədəfə" çevrilib.
Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə uçan MQ-9 Reaper-lər kəşfiyyat və dəqiq zərbələrin endirilməsi üçün istifadə olunur. Quraşdırılan sensor və silahların növündən asılı olaraq bir PUA-nın qiyməti 30-50 milyon dollar arasında dəyişir.
WP-nin hesablamalarına görə, PUA-ların itirilməsi nəticəsində ABŞ vergiödəyicilərinin potensial xərcləri 1,3 milyard dolları ötür.
Qəzetin məlumatına görə, itirilən PUA-ların hamısı vurulmayıb. Bəzi aparatların operatorları ilə əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.
Oxşar xəbərlər
Rusiya Ermənistana şərt qoydu
Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarükünün bərpası yalnız məcburi təhlükəsizlik tələblərinə tam əməl olunduğu təqdirdə mümkündür. B...