"Kim Milyoner Olmak İster"in iştirakçısı həyat hekayəsi ilə kövrəltdi
"Kim Milyoner Olmak İster" yarışmasına qatılan iştirakçı həyat hekayəsi ilə hər kəsi duyğulandırıb.
BAKU.WS xəbər verir ki, Ceren Koç adlı iştirakçı səhhətindəki problemlə bağlı təhsilinə ara vermək məcburiyyətində qalıb.
Anası ilə yaşayan Ceren bir il əvvəl xəstəxanada müayinə zamanı böyrəklərinin 80 faiz işləmədiyini öyrənib.
Daha sonra bu vəziyyət illərdir onu atıb gedən atasına bildirilib.
Həkimlər atasının Cerenə donor ola biləcəyini deyib. O Cerenə böyrəyini verəcəyini desə də əməliyyat günü xəstəxanaya gəlməyib.
21 yaşlı iştirakçının kədərli hekayəsi hər kəsi təsirləndirib. Onun bu açıqlaması sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Ətraflı videoda:
Qalereya
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...