Kim Kardaşyan keçmiş ərini valideynlik hüququndan məhrum etmək istəyir

Kim Kardaşyan keçmiş ərini valideynlik hüququndan məhrum etmək istəyir
Dünya 132

Erməni əsilli model və aktrisa Kim Kardaşyan keçmiş əri, yeni psixi pozuntu diaqnozu qoyulan reper Kanye Uesti valideynlik hüququndan məhrum etməyi düşünür.

BAKU.WS "People"a istinadən xəbər verir ki, Kim Kardaşyan keçmiş sevgilisinin son bir neçə aydakı davranışından narazıdır.

O, reperin qalmaqallı hərəkətlərindən qəzəblənir və hesab edir ki, onun ətrafı sənətçiyə pis təsir edir və bu uşaqlarını təhdid edə bilər.

Məlumata görə, martın 14-də keçmiş həyat yoldaşları uşaqların qəyyumluğu məsələsini müzakirə etmək üçün vəkilləri və vasitəçi ilə görüşüblər. Bu, sənətçinin qızı Nort və cinsi təcavüzdə ittiham olunan reper P.Diddi ilə birlikdə lentə aldığı "Lonely Roads Still Go to Sunshine" adlı son mahnısının işıq üzü görməsi fonunda baş verib.           

Kardaşyan keçmiş sevgilisinin davranışından təəccüblənir və narahatdır. O, övladlarının atası ilə təmasda olmasını istəmir və qəyyumluqla bağlı təcili dinləmə tələb edir.

Qeyd edək ki, Kim və Kanye 2014-cü ilin mayında ailə qurub. Bundan əvvəl onlar iki il münasibətdə olublar. Onların dörd övladı var: 12 yaşlı qızı Nort, 9 yaşlı oğlu Seynt, 7 yaşlı qızı Çikaqo və 5 yaşlı oğlu Psalm. Cütlük 2021-ci ilin fevralında boşanıb. Şayiələrə görə, Uest nikahı xilas etməyə çalışsa da, uğursuzluğa düçar olub.

Oxşar xəbərlər

Son xəbərlər