Kim Çen Indan Ərəb ölkələrinə çağırış: İranın yanında döyüşməsələr...

Kim Çen Indan Ərəb ölkələrinə çağırış: İranın yanında döyüşməsələr...
Foto
Dünya 154

Şimali Koreya lideri Kim Çen In ərəb ölkələrini İrana dəstək verməyə çağırıb.

BAKU.WS xəbər verir ki, o bu ölkələr səssiz qalacaqları təqdirdə regionda daha böyük geosiyasi təhlükə yaşanacağını bildirib.

"Əgər ərəblər bu gün oyanıb İranın yanında döyüşməsələr, sabah "Böyük İsrail" kabusu ilə oyanacaqlar. Səssizliyiniz sizə torpaqlarınız bahasına başa gələ bilər"- deyə Kim Çen In qeyd edib.

Ekspertlər Kimin bu açıqlamasanı daha çox təbliğat və strateji mesaj kimi qiymətləndiriblər.

Onların fikrincə, bu cür açıqlamalar xüsusilə müharibə dövrlərində regional balanslara təsir edən təbliğat və psixoloji kommunikasiya strategiyalarının bir hissəsi kimi nəzərdən keçirilməlidir.

Kimin ərəb ölkələrinə çağırışı Yaxın Şərqdə ittifaqların yenidən formalaşa biləcəyi ilə bağlı müzakirələri də gündəmə gətirib.

Onun bu açıqlaması bu regiondakı münaqişənin artıq yalnız yerli deyil, qlobal siyasi müzakirələrdə də yer aldığını göstərir.

Ekspertlər vurğulayırlar ki, bu tip mesajlar birbaşa hərbi addımdan çox, regional ictimai rəyə təsir göstərmək və strateji təsəvvür formalaşdırmaq məqsədi daşıyan kommunikasiya dili kimi qiymətləndirilməlidir.

Son xəbərlər